Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kreml istənilən təxribata əl ata bilər

Kreml istənilən təxribata əl ata bilər


Rusiyanın Ukraynadan Azərbaycanın mülkiyyətində olan SOCAR məxsus neft çənlərini vurması, bundan əvvəl, Azərbaycan qazını qəbul edən Qaz kompressor stansiyasına hücumu, həmçinin Azərbaycan səfirliyinin yaxınlığına raket atışı birbaşa Azərbaycana qarşı planlı həyata keçirilən hərbi təzyiqlərdir. Hətta, Azərbaycanın Rumıniyaya ixrac etdiyi xam neftin Rusiya kəşfiyyatı tərəfindən çirkləndiyi qeyd edilir.
Göründüyü kimi,Rusiya Azərbaycana qarşı bütün istiqamətlərdə hücum edir. Azərbaycanın Ermənistanla sülh əldə etməsi, ikitərəfli əlaqələrin normallaşması istiqamətində atdığı addımlar, həmçinin müstəqil siyasəti Kremli narahat etməkdədir.
Rusiya Azərbaycanla əlaqələri geri dönüşü olmayan bir böhrana sürükləyir. Hesab edirlər ki, bu təzyiqlərlə Azərbaycanın mülkiyyətində olan infrastruktur obyektlərə zərbələr endirməklə, Bakını öz iradəsinə tabe etdirəcəklər.
Qeyd edim ki, Rusiya Azərbaycanın Xəzər dənizində neft -qaz infrastrukturlarına qarşı təxribatlar həyata keçirməsi istisna deyil. Çünki, müxtəlif vaxtlarda Rusiyadan Azərbaycanın Xəzər dənizində neft və qaz infrastrukturunun vurulması ilə bağlı açıqlamalar eşitmişik. Azərbaycanın ABŞ-la ikitərəfli memorandum imzalaması, burada terrorizmə qarşı birgə mübarizə məhz Azərbaycana mümkün təxribatların qarşını almaq üçün Vaşinqtonun yardımını nəzərdə tutur. Çünki, Azərbaycan Rusiyanın hədəfindədir.
Regionda dəyişən geosiyasi proseslər, Cənubi Qafqazda Rusiyanın mövqeyinin zəifləməsi, Kremli istənilən təxribatlara əl atmağa sövq edir. Ona görə də Azərbaycan mümkün təhlükəsizlik tədbirlərini gücləndirməlidir. Xüsusilə, Xəzər dənizində neft-qaz yataqlarının və infrastrukturun təhlükəsizliyi yüksək səviyyədə təmin olunmalıdır.
Məhəmməd Əsədullazadə
Xəbəri paylaş