Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Tacikistan arasında iki yeni keçid məntəqəsi açılıb

Özbəkistan və Tacikistan arasında iki yeni keçid məntəqəsi açılıb


Özbəkistan və Tacikistan sərhədində iki yeni keçid məntəqəsi açılıb.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, Daşkənd vilayətində “Bekabad Avto” və Sırdərya rayonundakı “Xovosabad” sərhəd gömrük postlarından üçüncü ölkə vətəndaşlarının və yüngül avtonəqliyyat vasitələrinin keçidi təmin ediləcək.

Məlumata görə, postlar iki ölkə hökumətləri arasında imzalanmış “Dövlət sərhəd-keçid məntəqələri haqqında” sazişə əsasən açılıb.

Xatırlayırıq ki, daha əvvəl Özbəkistan və Qazaxıstan arasında meyvə-tərəvəz və digər tez xarab olan malların daşınması üçün “yaşıl dəhliz” sisteminin tətbiqi təklifi irəli sürülmüşdü.

Süleyman
Xəbəri paylaş