Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətlərinin gəliri 3 trilyon dolları keçəcək

Türk dövlətlərinin gəliri 3 trilyon dolları keçəcək


Türk dövlətlərinin gəlirinin 3 trilyon dolları keçəcəyi gözlənilir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu AK Partiyanın sədr müavini Kürşad Zorlu deyib. O bildirb ki, 2024-cü ildə 2,1 trilyon dollar olan türk dövlətlərinin ümumi gəlirinin 2030-cu ildə 3 trilyon dolları keçəcəyi gözlənilir.

Bu artım 2030-cu ilə qədər təşkilata üzv olan ölkələri dünya iqtisadi reytinqində 8-ci yerə daşıyacaq.

Zorlu bildirib ki, Türk Dövlətləri Təşkilatının çətiri altında güclənən həmrəylik ruhu regional sərhədləri aşaraq qlobal rezonans effektinə çevrilir.

Türkiyənin bu prosesə rəhbərlik etmək və qardaş dövlətlərlə çiyin-çiyinə irəliləməkdə qərarlı olduğunu bildirən Zorlu, Ankaranın türk ölkələri ilə xarici ticarət həcmini təxminən 14 dəfə artıraraq 26 milyard dollara çatdırdığını açıqlayıb.

Anar Əliyev
Xəbəri paylaş