Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, yaralılar var

Türkiyədə avtobus qəzası, yaralılar var


Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Aydının Germencik rayonunda mikroavtobus və yüngül ticari avtomobil toqquşub.

Məlumata görə, N.Y-nin idarə etdiyi kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus M.T-nin idarə etdiyi yüngül ticari avtomobillə toqquşub.

Toqquşmanın təsirindən yüngül ticari avtomobil yolun kənarındakı yağış suyu kanalına aşıb.

Qəza nəticəsində mikroavtobusda olan sürücülər və 12 işçi xəsarət alıb.

Yaralılardan 3-nün Adnan Menderes Universitetinə aparıldığı və vəziyyətinin ağır olduğu bildirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş