
Rusiyada Özbəkistanın tikinti materialları sərgisi açılacaq.
Newscenter.az xəbər verir ki, bu barədə “Uzsanoatqurilishmaterialları” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu məqsədlə Moskvada sözügedən qurumun idarə heyətinin sədri İlyas Rəhimovla Ümumrusiya Milli Tikinti Siyasəti Mərkəzinin rəhbəri Aleksandr Mur arasında görüş keçirilib.
İclasda Özbəkistanda istehsal olunan tikinti materialları ticarətini inkişaf etdirmək üçün Rusiyada xüsusi “salon”un yaradılması məsələsi müzakirə olunub. Eyni zamanda, ticarət mərkəzinin yaradılması ilə bağlı təşkilati məsələlərə də baxılıb.
Danışıqlar zamanı nəqliyyat və logistika imkanları ətrafında da fikir mübadiləsi aparılıb. Layihə Özbəkistanın aparıcı istehsalçılarının məhsullarını rusiyalı tərəfdaşlarla birbaşa nümayiş etdirməyə, ticarət həcmini genişləndirməyə və iki ölkə arasında əlaqələri gücləndirməyə imkan verəcək. Milli Tikinti Siyasəti üzrə Ümumrusiya Mərkəzi bu prosesdə bütün təşkilati, informasiya və ekspert sahələrində yardım göstərəcək.
Dialoqun sonunda tərəflər tikinti materiallarının istehsalı texnologiyalarının birgə inkişafı, Özbəkistan məhsullarının Rusiya və beynəlxalq bazarlarda tanıdılması, mütəxəssislər üçün təcrübə mübadiləsinin və ixtisasartırma proqramlarının təşkili, birgə sərgi və təqdimatların keçirilməsi kimi məsələlər üzrə öhdəliklərini müəyyən ediblər.
Süleyman