Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin açılışını etdiyi oteli kim bərbad vəziyyətə qoyub?

Prezidentin açılışını etdiyi oteli kim bərbad vəziyyətə qoyub?


Bir zamanlar — açılışını ölkə başçısı cənab İlham Əliyevin etdiyi, Şəmkir rayonunun mərkəzində yerləşən Excelsior Hotel bu gün, sözün həqiqi mənasında, sanitariya və gigiyena qaydalarının pozulduğu, olduqca bərbad vəziyyətə düşmüş bir məkana çevrilib.

Qonaqlardan hər otaq üçün minimum 100 manat ödəniş tələb olunsa da, bu məbləğin qarşılığında demək olar ki, heç bir xidmət göstərilmir. Otaqlardakı sanitar qovşaqlar həm mikrob mənbəyinə çevrilib, həm də ən sadə avadanlıqlar — unitazın su şlanqı və su tapançaları işlək vəziyyətdə olmur.

Duşdan istifadə etmək istədikdə isə insan çox acınacaqlı bir mənzərə ilə qarşılaşır. Uzun sözün qısası, qonaqlar üçün rahatlıq və normal şərait təmin olunmur. Nəticə etibarilə Şəmkirdəki Excelsior Hotel hazırda yol kənarında fəaliyyət göstərən ən sadə motellərdən və hostellər kimi , hətta onlardan da aşağı səviyyədə görünür.

Əgər hər hansı səbəbdən bölgədə qalmaq lazım gələrsə, avtomobildə gecələmək, burada qalmaqdan qat-qat daha məntiqli seçim olar.

Özünüzə hörmət edirsinizsə, bu hoteldə qalmayın və “qara siyahınıza” daxil edin!

https://www.facebook.com/watch/?v=1736688253881633

Sima Babayeva
Xəbəri paylaş