Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Özbəkistan, Azərbaycan və Avropa: ümumi inkişaf naminə əməkdaşlıq” görüşü keçirilib

“Özbəkistan, Azərbaycan və Avropa: ümumi inkişaf naminə əməkdaşlıq” görüşü keçirilib


Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Özbəkistan, Azərbaycan və Avropa: ümumi inkişaf naminə əməkdaşlıq” mövzusunda yüksək səviyyəli görüş keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistan Milli Xəbər Agentliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətləri Mərkəzi Asiya və Avropa İttifaqı üçün ciddi təhlükəyə çevrilən qlobal iqlim dəyişikliyi, su ehtiyatları, enerji təhlükəsizliyi və dayanıqlı kənd təsərrüfatı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıbar.

Qeyd edək ki, bu gün Mərkəzi Asiya qlobal iqtisadi əməkdaşlıq zəncirinin ən mühüm halqalarından birinə çevrilir. Başqa sözlə, Şərqlə Qərbi birləşdirən strateji nəqliyyat, logistika və enerji şəbəkəsi rolunu daha da gücləndirir.

Süleyman
Xəbəri paylaş