Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Əfqanıstanın enerji sektoruna 243 milyon dollar sərmayə qoyacaq

Özbəkistan Əfqanıstanın enerji sektoruna 243 milyon dollar sərmayə qoyacaq


Özbəkistan Əfqanıstanın enerji sektoruna 243 milyon dollar sərmayə qoyacaq.

Newscenter.az Özbəkistanın Milli Xəbər Agentliyinə istinadən bildirir ki, bununla əlaqədar olaraq Əfqanıstan Hökumətinin İnformasiya Mərkəzində Da Afghanistan Breshna Sherkat (DABS) şirkəti ilə Özbəkistan arasında dörd elektrik enerjisi layihəsi üzrə müqavilələr imzalanıb.

Əsas layihələr gücü 1000 MVt, 500 kV olan Surxan-Dəşt-Əlvan elektrik verilişi şəbəkəsinin tikintisi, 800 MVA gücündə Arqandi yarımstansiyasının genişləndirilməsi,
gücü 800 MVt, 220 kV olan Kabil-Şeyx Mesri elektrik ötürücü şəbəkəsinin tikintisindən ibarət olacaq.

Qeyd edək ki, Özbəkistanın yatırdığı investisiyaların ümumi həcmi 243 milyon ABŞ dollarına yaxındır. Layihələr 18 ay müddətinə nəzərdə tutulub.
Tikinti başa çatdıqdan sonra Əfqanıstan Özbəkistandan 800-1000 meqavat elektrik enerjisi ala biləcək və Əfqanıstanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Süleyman
Xəbəri paylaş