Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan və Çin hüquqi sahədə əməkdaşlığı genişləndirəcək

[center]Özbəkistan və Çin hüquqi sahədə əməkdaşlığı genişləndirəcək[/center

Özbəkistan və Çin hüquqi sahədə əməkdaşlığı genişləndirəcək.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Çin Xalq Siyasi Məşvərət Şurasının Milli Komitəsinin üzvü, Çin İnsan Hüquqlarının Tədqiqatları Cəmiyyətinin sədr müavini cənab Jiang Jianguonun rəhbərlik etdiyi nümayəndə heyətinin Özbıkistana səfəri zamanı fikir mübadiləsi aparılıb.

Çin nümayəndə heyəti Özbəkistan Respublikasının Ədliyyə Nazirliyində olub.

Ədliyyə nazirinin müavini Şerzod Rabiyev ilə görüşdə Özbəkistan və Çin arasında ardıcıl inkişaf edən əməkdaşlığa diqqət yetirilib.

O cümlədən, ədliyyə və hüquq sisteminin təkmilləşdirilməsi, insan hüquqlarının müdafiəsi, hüquqi təbliğat, hüquqi maarifləndirmə, vətəndaşların qanuni mənafelərinin etibarlı müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər xüsusi vurğulanıb.

Özbəkistan Respublikasının yenilənmiş Konstitusiyası, insan hüquqlarının möhkəmləndirilməsinə yönəlmiş milli qanunvericilik normaları, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.

Dostluq və konstruktiv ruhda keçən görüşün sonunda bu səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.

Tərəflər gələcəkdə qarşılıqlı faydalı sahələrdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər.

Süleyman
Xəbəri paylaş