Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda ekoloji problemlərə ciddi və sistemli yanaşma formalaşıb

Özbəkistanda ekoloji problemlərə ciddi və sistemli yanaşma formalaşıb


"Müstəqillik Özbəkistana təkcə siyasi və iqtisadi deyil, həm də ekoloji müstəqillik qazandırıb. Dövlətin inkişafı üçün ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji dayanıqlığın təmin edilməsi kimi məsələlər bu gün cəmiyyətin inkişafının tərkib hissəsinə çevrilib".

Newscenter.az xəbər verir ki, bunları Özbəkistan Ali Məclisin Qanunvericilik Palatasının Ekologiya və Ətraf Mühitin Mühafizəsi Komitəsinin üzvü Mavluda Adhamjonova deyib. O bildirib ki, son illər bu sahədə 20-yə yaxın qanun və normativ hüquqi aktın qəbul edilməsi ölkədə ekoloji siyasətində yeni mərhələnin başlanmasından xəbər verir:

"Bundan əlavə, Özbəkistanda ekoloji problemlərə ciddi və sistemli yanaşma formalaşıb. Ən əsası isə bu sahədə dövlət siyasəti hüquqi əsas alıb.

Özbəkistan Respublikası Prezidentinin “Özbəkistanın 2030-cu il Strategiyası haqqında” 2023-cü il 11 sentyabr tarixli Sərəncamında da regionda müxtəlif prioritet sahələrdə, xüsusilə ekologiya və təbiətin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə, nəqliyyat-kommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsində sıx əməkdaşlığın gücləndirilməsi məsələsinə xüsusi diqqət yetirilib".

Komitə üzvü qeyd edib ki, 2030-cu ilə qədər dövr üçün Özbəkistan Respublikasının Ətraf Mühitin Mühafizəsi Konsepsiyası ekoloji siyasətin uzunmüddətli strategiyası sayıla bilər:

"Həmçinin su ehtiyatlarından səmərəli istifadə və təchizat sisteminin təkmilləşdirilməsinə yönəlmiş Su Təsərrüfatının İnkişafı Konsepsiyası və bərk məişət tullantıları ilə bağlı tullantıların emalı və zərərsizləşdirilməsinin sistemləşdirilməsi üzrə işlərin həyata keçirilməsi Strategiyasında bu sənədlər qısa müddətdə öz bəhrəsini verməkdədir".

Süleyman
Xəbəri paylaş