
Özbəkistanda zəlzələ olub.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Daşkənd vilayəti və Daşkənd şəhərində 2,0 bal gücündə zəlzələ baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat təsdiq edilib. Məlumatda ölən və ya xəsarət alanların olmadığı bildirilir.
Zəlzələ saat 04:00-da Parkent rayonunda maqnitudası 2,9, yerin 10 km dərinliyində qeydə alınıb.
Süleyman