
Paşinyanın 3 saat əvvəl xalqa müraciətindəki məsələlər seçkiqabağı Ermənistanda cəmiyyətə açıq şəkildə Azərbaycan ilə əldə olunan razılıqların açıqlanması idi.
Paşinyan vurğuladı:
-"Qarabağ məsələsi bəzi qüvvələr tərəfindən Ermənistanın müstəqilliyinə və dövlətçiliyinə qarşı alət kimi istifadə olunub.
Qarabağ məsələsinin bağlanması kifayət etdi ki, Azərbaycan və Ermənistan arasında sülh olsun".
-"Qarabağa ermənilərin qayıdışı mümkünsüzdür".
Beləliklə, Paşinyan tamamilə aşıq şəkildə erməni ictimaiyyətinə danışıqların mahiyyətini və detallarını açıqladı. Əgər Ermənistan vətəndaşları bu razılıqlara qarşıdırlarsa artıq indi küçələrdə olmalı idilər, irəlidə də Qarabağa vaxtilə köçürülmüş ermənilər gedərdilər. Lakin, sakitlikdir. Bu isə o deməkdir ki, kütləni tənzimləyən xarici dövlətlər və qüvvələrdən - sonrakı proseslər asılı olacaq.
O ki qaldı daxildəki sağlam rəqabətə. Paşinyan erməni kilsəsinə, Koçaryana və Qarabağ ermənilərinə onların əsl yerlərini göstərdi.
Zaur Məmmədov