Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat yüksək bal toplayan gənclərlə görüşüb

Deputat yüksək bal toplayan gənclərlə görüşüb


Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasında bu il rayon üzrə yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Mahir Süleymanlı da iştirak edib.

Tədbirdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və millət vəkili Mahir Süleymanlı çıxış edərək gəncləri təbrik edib, onlara həyatlarının yeni və məsuliyyətli mərhələsində müvəffəqiyyətlər arzulayıblar.

Sonda rayon üzrə yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələr təltif olunub.

Süleyman
Xəbəri paylaş