
Pullu parkinq olan küçələrdə çoxmənzilli binaların sakinləri üçün xüsusi imtiyazlar yaradılır. Bu barədə Daşkənd şəhər administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Bu halda paytaxt sakinləri üçün yaşayış icazəsi tətbiq olunacaq və icazə sahibləri axşamdan səhərə kimi yaşadıqları məhəllədəki dayanacaqlardan güzəştli şərtlərlə istifadə edə biləcəklər.
Gün ərzində müəyyən endirimlər də edilir, bayram və həftə sonlarında daha geniş imtiyazlar verilir.
Hazırda yaşayış icazələrinin elektron qaydada alınması üçün Vahid İnteraktiv Dövlət Xidmətləri Portalı ilə inteqrasiya işləri aparılır. Proseslərin bu ilin noyabr ayına kimi başa çatdırılması planlaşdırılır.
“Bu işlər başa çatdıqdan sonra Daşkənd şəhər qubernatorunun müvafiq qərarı qəbul ediləcək, orada icazələrin verilməsi qaydası, onların qüvvədə olma müddəti, onlara hüququ olan vətəndaşların kateqoriyaları və verilən imtiyazların siyahısı aydın şəkildə müəyyən ediləcək”, - deyə hökumətin açıqlamasında bildirilir.
Bildirilib ki, qərar qəbul edildikdən sonra ictimaiyyətin tanış olması üçün müəyyən olunmuş qaydada dərc olunacaq.