
Daşkənddə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və ATƏT-in Özbəkistandakı Layihə Koordinatoru ilə birgə təşkil olunan Mərkəzi Asiya Ölkələrinin Uşaq Ombudsmanlarının I Beynəlxalq Forumu öz işinə başlayıb.
Newscenter.az "Sputnik Özbıkistan"a istinadən bildirir ki, “Mərkəzi Asiya ölkələrində uşaq hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinin aktual məsələləri: Uşaq ombudsmanlarının regional əməkdaşlığının perspektivləri” mövzusuna həsr olunmuş beynəlxalq konfransda Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın Uşaq Ombudsmanları, eləcə də Avropa ölkələrinin Uşaq Ombudsmanları, Finlandiya Uşaq Ombudsmanları Şəbəkəsi, Avropa İnsan Hüquqları üzrə Müvəkkilləri və Norveç Ombudsmanları iştirak edirlər. (ENOC).
Forumun açılışında Özbəkistan Senatının sədri Tənzilə Norboyeva və Uşaq Hüquqları üzrə Müvəkkili Surayyo Rahmonova qeyd ediblər ki, Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə həyata keçirilən insan hüquqları və sosial müdafiə siyasətinin prioritetliyi uşaqların həyatında da öz əksini tapır.
Hər bir uşağa diqqət və qayğı ilə yanaşı, bu sahədə beynəlxalq əlaqələr də ardıcıl şəkildə qurulub. Özbəkistanın UNİCEF ilə əməkdaşlığı güclənir. Qarşılıqlı əməkdaşlıqda çoxlu xeyirxah işlər görülüb. Uşaqların üzləşdiyi mürəkkəb vəziyyətlərin dövlətlərarası əməkdaşlıq əsasında həlli istiqamətində birgə iş aparılır.
Süleyman







































