
27 sentyabr- Anım Gününün beşinci ildönümü ilə bağlı Anım Günü ərəfəsində Rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə A.Bakıxanov küçəsində yerləşən yaşıllıq zolağında ağacəkmə aksiyası keçirilib.


Newscenter.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.


Aksiya zamanı 100-dən artıq müxtəlif növ həmişəyaşıl ağaclar əkilib, mövcud olan ağaclara isə aqrotexniki qulluq göstərilib.

Ruhiyyə Mehdiyeva