
2025-ci ilin yanvar-avqust aylarında Qazaxıstanda yükdaşımaların həcmi artıb.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Milli Statistika Bürosu məlumat yayıb.
Bu dövrdə ölkə üzrə yük daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,8% artaraq 753 milyon ton təşkil edib. Bütün nəqliyyat növləri ilə yük və baqaj daşınmasından əldə olunan gəlir 3,7 milyard tenge olub.
Regionlar üzrə artım Astana (15,2%) və Almatı (1,5%), Atırau (47,8%) şəhərlərində, həmçinin Jetısu (41,1%) və Abay (30%) vilayətlərində müşahidə olunub.
Nəqliyyat növlərinə görə ən böyük yükdaşıma dəmir yolu nəqliyyatına məxsusdur - 300,3 milyon ton, bu da 2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 11,4% çoxdur.
Avtomobil nəqliyyatı ilə daşımaların həcmi də 1,8% artıb.
Anar Əliyev












































