
Prezident Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Çinin qlobal inkişaf və qlobal idarəetmə sahəsində təşəbbüslərinə dair yüksək səviyyəli iclasda çıxış edib, Akorda.az
Dövlət başçısı qeyd edib ki, Qazaxıstan Çinin geosiyasi və iqtisadi çağırışlara cavab verən qlobal təşəbbüsünü tam alqışlayır.
"Bu təşəbbüs qeyri-sabit dünyaya müsbət təsir edəcək və bir çox ölkələrə öz məqsəd və istəklərini aydın şəkildə çatdırmağa kömək edəcək. Birləşmiş Millətlər Təşkilatı bu işdə əsas rol oynayacaq", - Kasım-Jomart Tokayev bildirib.
Qlobal İdarəetmə Təşəbbüsü, ilk növbədə, rəqəmsal texnologiyalara, təhlükəsiz kiberməkana və kosmosa ədalətli çıxışı təmin edəcək.
"Bu, süni intellektdən istifadə üçün normativ-hüquqi bazanın və etik standartların işlənib hazırlanması baxımından çox aktualdır. Bu baxımdan Qazaxıstan Çinin süni intellekt sahəsində əməkdaşlıq üzrə qlobal təşkilat yaratmaq təklifini dəstəkləyir", - dövlət başçısı bildirib.
Prezident həmçinin qeyd edib ki, Qlobal İdarəetmə Təşəbbüsü 150-dən çox ölkənin qoşulduğu “Bir kəmər, bir yol” strategiyasının məqsədlərinə uyğundur.
Sonda Qasım-Jomart Tokayev qeyd edib ki, qlobal təşəbbüsün həyata keçirilməsi çərçivəsində əməkdaşlıq BMT-nin əsas məqsədlərinə nail olmağa töhfə verəcək.