
Çinin ən böyük elektrik avtomobil istehsalçısı BYD, sentyabr ayında İngiltərədəki satışlarını 880 faiz artırdığını və Krallığı Çindən kənarda ən böyük bazara çevirdiyini açıqlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, şirkət ötən ay 11 271 avtomobil satıb, satışın böyük hissəsini Seal U hibrid krossoveri təşkil edib.
Nəticə Böyük Britaniyanın avtomobil bazarında rekord artımın yaşandığı bir vaxta təsadüf edir. Motor İstehsalçıları Cəmiyyətinin (SMMT) məlumatına görə, ötən ay ölkədə təmiz elektrik avtomobillərinin satışı 73 minə yaxın olub.
İngiltərə hazırda BYD və digər Çin istehsalçıları üçün əlverişli bazardır, çünki ölkə Çinin elektrik avtomobillərinə tariflər tətbiq etməyib.
BYD Böyük Britaniyada bazar payını 3,6 faizədək artırıb.
Mehman Mehdiyev












































