
İsrail ordusu son iki ildə İordan çayının qərb sahilinə təşkil etdiyi hücumlarda 152 fələstinli tələbə və müəllimi öldürüb.
Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun son iki ildə İordan çayının qərb sahilində həyata keçirdiyi basqın və hücumlarda ibtidai, orta və liseylərdə oxuyan 110 şagird həlak olub, 781 nəfər yaralanıb, 393 nəfər isə saxlanılıb.
Həmin dövrdə 5 təhsil işçisi öldürülüb, 23 nəfər yaralanıb, azı 198 nəfər saxlanılıb.
Hücumlarda 37 universitet tələbəsi həlak olub, ən azı 246 nəfər yaralanıb, 431 tələbə və 17 müəllim heyəti saxlanılıb.
Mehman Mehdiyev










































