
İstanbul Hava Limanı yenidən dünyanın ən yaxşısı seçilib.
Newscenter.az Hava Limanına istinadən bildirir ki, bu dəfəki seçim səyahət jurnalı Conde Nast Traveller tərəfindən edilib.
Məlumata görə, İstanbul Hava Limanı Nyu Yorkda nəşr olunan səyahət jurnalı Conde Nast Traveller tərəfindən oxucuların sorğusuna əsasən “Dünyanın ən yaxşı hava limanı” seçilib.
Qeyd edək ki, İstanbul Hava Limanı dünya üzrə 330-dan çox istiqamətə uçuşlar həyata keçirir.
Sorğuda ikinci yerdə Sinqapurun Changi hava limanı, üçüncü yerdə Qətərin paytaxtı Dohadakı Hamad beynəlxalq hava limanı qərarlaşıb.
Mehman Mehdiyev