
Fransa prezidenti Emmanuel Makron öz absurd cəhdləri, o cümlədən ölkə sahillərində tankerin saxlanması ilə sadəcə olaraq diqqəti respublikanın daxili problemlərindən yayındırmaq istəyir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
"Düşünürəm ki, Makron] sözün əsl mənasında istehza etdiyi öz xalqından qorxmalıdır. O, prinsipcə sağlam düşüncəni və öz xalqını ələ salır", - deyə diplomat qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Makron Rusiyanın kölgə donanmasına aid olduğu iddia edilən tankerin Fransa sahillərində saxlandığını və Fransa prokurorluğunun ekipajın "kobud pozuntuları" ilə bağlı təhqiqat başlatdığını açıqlamışdı.
Rusiya prezidenti Vladimir Putin Fransanın tankerin saxlanmasını pirat adlandırıb. O, tankerin beynəlxalq sularda heç bir əsas olmadan ələ keçirildiyini iddia edib.
Mehman Mehdiyev










































