
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, o və komandası sülhə əsaslanan Dördüncü Respublika yaradır.
Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Paşinyan qeyd edib ki, Üçüncü Respublika münaqişə nəticəsində yaranıb:
"İndi bbiz sülhə əsaslanan Dördüncü Respublikanı yaradırıq”,-deyə o, bildirib.
Paşinyan onu da deyib ki, Üçüncü Respublikada bütün seçkilərin nəticələri şübhə doğurur, lakin Dördüncü Respublikada onlar saxtalaşdırılmayacaq.
Paşinyan bundan əvvəl bəyan etmişdi ki, onun komandası 2026-cı il parlament seçkilərində qalib gəlsə, yeni konstitusiyanın qəbulu və Dördüncü Respublikanın yaradılması təşəbbüsü ilə çıxış edəcək. Ermənistan tarixində Birinci Respublika 1918-1920-ci illər, İkinci Respublika 1991-ci ilə qədər Sovet dövrü, Üçüncü Respublika isə bugünkü Ermənistandır.
Mehman Mehdiyev