Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident kortejinə hücum olub

Prezident kortejinə hücum olub


Ekvador prezidenti Daniel Noboanın kortejinə yenidən hücum olub.

Newscenter.az TASS-a istinadən bildirir ki, dövlət başçısı Kanar əyalətində tədbirə gedərkən etirazçılar onun kortejinə hücum ediblər. Prezidentin mətbuat xidməti həbs olunanların adam öldürməyə cəhddə ittiham olunacağını bildirib.

"Prezident korteji səfər zamanı aqressiv şəxslərin hücumuna məruz qalıb, onun gəlişinə mane olmağa cəhd edilib. Lakin onlar onun vətəndaşlar qarşısında öhdəliklərini yerinə yetirməsinə mane ola bilməyiblər", - deyə məlumatda bildirilib.

Saxlanılanların hamısı terrorizm və adam öldürməyə cəhddə ittiham olunacaq. Baş vermiş hadisəyə baxmayaraq, Noboa planlaşdırdığı tədbirləri ləğv etməyib.

Mehman Mehdiyev
Xəbəri paylaş