
"Türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması istiqamətində fəaliyyət Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Ölkəmiz Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən və qurucu üzvlərindən biri olmaqla bu prossedə olduqca yaxından iştirak edir. Bu da təbiidir. Çünki cənab Prezidentin 2024-cü il fevralın 14-də andiçmə mərasimində çıxışında dediyi kimi: “TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur”. Odur ki, Azərbaycan Türk Dövlətləri Təşkilatının yaradılmasında yaxından iştirak etdiyi kimi həm də onun güclənməsində və dünya arenasında layiqli yer tutmasındakı fəaliyyətlə də xüsusi olaraq seçilən dövlətlərdəndir".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə TDT-nin Qəbələdə keçirilən XII Zirvə Görüşünü şərh edərkən səsləndirib. O bildirib ki, ölkəmizin Katibliyin hesabına 2 milyon ABŞ dolları ianə köçürməsi, Ağsaqqallar Şurasına edilən ianələr, bütövlükdə təşkilata üzv dövlətlərə 20 milyard ABŞ dolları həcmində sərmayə yatırması bunun bariz sübutudur:
"Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, qlobal geosiyasi mərkəzlərdən biridir. TDT-nin sürətlə inkişaf edən, hər keçən gün regional və qlobal prosseslərə təsir imkanları əldə edən təşkilata çevrildiyi artıq hər kəs tərəfindən qəbul edilir. Bu baxımdan Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII Zirvə görüşünün də Türk dünyası üçün yeni perspektivlər açacağına heç bir şübhə yoxdur".
Yusif Bağırzadə qeyd edib ki, Zirvə görüşündə Türk Dövlətləri Təşkilatının Qəbələ Bəyannaməsi və TÜRKSOY Beynəlxalq Təşkilatının gücləndirilməsi haqqında qərar da daxil olmaqla bir neçə əsas sənəd imzalandı:
"Bu sənədlər də türk dövlətləri arasında inteqrasiyanın dərinləşməsi, müdafiə və təhlükəsizlik sahəsi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır.
Xüsusilə dövlət başçısının təklif etdiyi Türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsinə dair təşəbbüs və “TDT+” formatının yaradılmasına dair razılşamaları ayrıəca qeyd etməyə ehtiyac var".
Politoloq qeyd edib ki, Eyni şəkildə “TDT+” Formatının təsis edilməsinin də təşkilatın digər dövlətlər və təşkilatlarla yeni münasibətləri inkişaf etdirmək baxımından əhəmiyyətli olduğunu düşünür:
"Bu format TDT-nin üçüncü tərəflərlə münasibətlərinə yeni nəfəs gətirəcək".
Süleyman