Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zirvə Görüşündə türk dünyası ölkələrinin əlaqələrinin dərinləşməsini təmin edəcək qərarlar qəbul olunub

Zirvə Görüşündə türk dünyası ölkələrinin əlaqələrinin dərinləşməsini təmin edəcək qərarlar qəbul olunub


Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 7 oktyabr 2025 ci il tarixində Qəbələdə “Regional Sülh və Təhlükəsizlik” mövzusunda keçirilmiş 12-ci Zirvə Görüşündə türk dünyası ölkələrinin hərtərəfli əlaqələrinin bir qədər də dərinləşməsini təmin edəcək qərarlar qəbul olunub. Zirvə görüşündə iştirak edən dövlət başçıları “Gabala Deklarasiyası”nı qəbul edərək Türk dövlətləri arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi, regionda sülh, təhlükəsizlik, siyasi-iqtisadi əlaqələrin gücləndirilməsi istiqamətində niyyətlərini təsdiqləyiblər. TDT-nda sədirlik səlahiyyətləri Qırğızstandan Azərbaycana ötürülüb. Təşkilatın növbəti rəsmi Zirvə toplantısının 2026-cı ilin payızında Türkiyədə keçirilməsi qərarı verilib".

Bu fikirləri Newscenter.az-a iqtisad elmləri doktoru, professor Fikrət Yusifov TDT-nin XII Zirvə Görüşünün nəticələrini şərh edərkən səsləndirib. O deyib ki, 2026 cı ildə TDT-nın qeyri rəsmi Zirvə toplantısına Qazaxıstan tərəfinin ev sahibliyi edəcəyi planlaşdırılıb:

"Prezident İlham Əliyev toplantıdakı çıxışında gələcəkdə Türk Dövlətləri arasında birgə hərbi təlimlərin Azərbaycan ərazisində keçirilməsi təklifini irəli sürüb. Bundan başqa Türk dövlətləri arasında ticarət əlaqələrinin daha da genişləndirilməsi, dövlətlər arasında logistika, nəqliyyat-marşrutları və tranzit imkanlarının böyüdülməsi strateji prioritet kimi qeyd olunubdur".

Süleyman
Xəbəri paylaş