Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, tam sabitlik və sülh demək deyil

Bu, tam sabitlik və sülh demək deyil


"ABŞ Prezidenti Donald Trampın Şarm əl-Şeyxdə keçirilən sülh sammitində etdiyi açıqlama, Qəzza sektorunda iki ildən artıq davam edən münaqişəyə son nöqtə qoyan tarixi bir hadisə kimi qiymətləndirilə bilər. Şammitin əsas məqsədi Trampın təklif etdiyi 20 bəndlik planın icrasını təmin etmək və Qəzzada münaqişəni tamamilə dayandırmaq idi. Nəticədə, ABŞ, Misir, Qətər və Türkiyə vasitəçiləri tərəfindən imzalanan atəşkəs müqaviləsi qəbul edildi ki, bu da "Qəzza müharibəsinin sona çatması" kimi elan olundu".

Bu fikirləri Newscenter.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Misirdə baş tutan Sülh Sammitinin nəticələrini şərh edərkən səsləndirib. O deyib ki, Tramp və digər vasitəçilər (Misir, Qətər, Türkiyə) Qəzzada müharibənin rəsmi olaraq sona çatdığını təsdiqləyən sənəd imzalayıblar:

"Bu, əsirlərin buraxılması, sivillərin evlərinə qayıtması və humanitar yardımın genişləndirilməsi ilə bağlı ilk mərhələni əhatə edir. Tramp çıxışında "müharibə sona çatdı, əsirlər ailələri ilə yenidən birləşir" deyə vurğulayıb.

Trampın açıqlamasına görə, planın üçüncü və dördüncü bəndlərinin icrası başlayıb. Planın bu hissələri Qəzzanın demilitarizasiyası, təhlükəsizliyin təmin edilməsi və yenidənqurma işlərini əhatə edir. İkinci mərhələnin başladığı elan olunsa da, ümumi kontekstdə planın üçüncü və dördüncü mərhələlərinin aktivləşdirilməsi xüsusi olaraq vurğulanır. Bu mərhələlərə görə, terror təşkilatlarının maliyyələşdirilməsinə qarşı mübarizə aparılacaq və regionun sabitliyi üçün beynəlxalq tərəfdaşlıq gücləndiriləcək.
Sammitdə 20-dən çox dünya lideri iştirak etsə də, İsrailin Baş naziri Binyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xəbərdarlığı səbəbindən dəvət olunmayıb. Bu da sammitin HƏMAS və İsrail arasında birbaşa ünsiyyət olmadan getdiyini göstərir".

Mütəllim Rəhimli onu da deyib ki, bu, tam sabitlik və sülh demək deyil:

"Planın icrası zamanı İsrail qüvvələrinin Qəzza sərhədlərində qalması və HƏMAS-ın silahsızlaşdırılması kimi mübahisəli məsələlər hələ də qalır. Sammitə Netanyahunun dəvət edilməməsi Türkiyənin təsiri ilə bağlı yaranmış gərginliyi büruzə verir. Bütün bunlar Yaxın Şərqdə sülhün hələ də kövrək olduğunu göstərir".

Süleyman

Xəbəri paylaş