Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sülh Sammiti nə vəd edir?

Sülh Sammiti nə vəd edir?


Misirdə keçirilən Beynəlxalq Sülh Sammiti Qəzza böhranı fonunda yeni bir diplomatik təşəbbüş olaraq diqqət çəksə də, proseslərin bununla yekunlaşacağını demək olduqca çətindir. Təbii ki, ABŞ prezidenti Donald Trampın moderatorluğu və regionun aparıcı güclərinin iştirakı ilə keçirilən bu sammit ilk növbədə anklavda yaşanan humanitar böhranı sonlandırmaq və diplomatik həll yolları axtarmaq baxımından olduqca vacibdir. Çünki faktiki olaraq Qəzza deyilən bir yaşayış bölgəsi yoxdur. Hərbi əməliyyatlardan geriyə qalanlar sadəcə xarabalıqlardan ibarətdir. Bu səbəbdən sakinlərin qayıdışı, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ciddi maliyyə resursları və siyasi istiqrar tələb edir. Bu kontekstdə hadisələrin inkişafı birmənalı olaraq tərəflərin məsələyə yanaşmalarından aslı olacaq.

İsrail HƏMAS- ın tərk-silah edilməsini və təhlükəsizlik zəmanətləri tələb edir. Eyniylə Fələstin tərəfi də siyasi tanınma məsələsini və sərhədlərin dəqiqləşdirilməsini önə çəkir. Paralel olaraq da regionun digər gücləri arasındakı rəqabətdə mürəkkəbliyi yaradan vacib detallardan biridir. Buna görə də, qalcı sülh üçün tərəflər ilk növbədə səmimi siyasi iradə nümayiş etdirməlidir, ardınca beynəlxalq hüquqa əsaslanan mexanizmlər formalaşdırılmalıdır və yaranan konsensus səmərəli fəaliyyət göstərməlidir.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş