
Türkiyə Gənc İş Adamları Dərnəyi TUGİAD Özbəkistanın Fərqanə bölgəsində regional ofis aça bilər.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə vilayət qubernatoru Xayrullo Bozorov və TÜGİAD-ın türk ölkələri üzrə koordinatoru Camal Ersoy arasında keçirilən görüşdə bildirilib.
Görüşdə TÜGİAD-ın Fərqanə rayonunda regional ofisinin açılması, yerli sahibkarlarla qarşılıqlı faydalı əlaqələrin qurulması, onlayn formatda görüşlərin təşkili, təcrübə mübadiləsinin aparılması müzakirə olunub.
Su təchizatı və kanalizasiya sistemi texnologiyaları, günəş enerjisi istehsalı, tekstil kimi sahələrdə də bir sıra perspektivli layihə təklifləri irəli sürülüb.
Əməkdaşlığın inkişafı üzrə praktiki tədbirlər razılaşdırılıb.
Qeyd edək ki, TÜGİAD Türkiyənin müxtəlif bölgələrindən olan gənc və fəal sahibkarları birləşdirən milli qeyri-hökumət təşkilatıdır. Təşkilatın əsas məqsədi gənclərin iqtisadi və sosial fəallığını artırmaq, innovativ ideyaları və sahibkarlığı inkişaf etdirmək, həmçinin beynəlxalq əməkdaşlığı genişləndirməkdir.
Süleyman