
"Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Azərbaycan və digər region ölkələri Yaxın Şərqdə sülhün davamiyyəti üçün mütləq dəstək verəcəklər və regionda diplomatik balansın qorunmasını saxlayacaqlar".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi Misirdə keçirilən Sülh Sammitinin nəticələrini şərh edərkən deyib. O bildirib ki, İsrail və Fələstin məsələsinin xüsusi diqqət mərkəzində saxlanılması lazımdır:
"Bu iki xalq arasında baş verənlərin dərin kökləri olduğunu nəzərə alsaq, razılaşmalar və sülh yolu uğrunda aparılan hər bir təşəbbüs bir anda dağılma ehtimalı ilə üz-üzədir. Bu səbəbdən, ABŞ, Qərb dövlətləri, Ərəb dövlətləri, Türkiyə və digər region ölkələri münaqişəsinin yenidən başlamasına səbəb olan amillərin təsirini xüsusi diqqət mərkəzində saxlamaları vacibdir. Sammitin keçirilməsi məhz bu səbəbdən əhəmiyyətlidir və faydalıdır. Heç şübhəsiz ki, burada zamana böyük ehtiyac var və zaman keçdikcə sülhün konturları, elementləri onun hansı səviyyədə olduğunu göstərəcək".
Süleyman