Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidlər artır

Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidlər artır


Trampın Qəzza ilə bağlı sülh planı və Misirdə keçirilən Sülh Sammiti özü-özlüyündə bir tarixi hadisədir və təbii ki, Yaxın Şərqdə gərginliyin azaldılacağına dair ümidləri artırır. Xüsusilə də Sammitdə ABŞ ilə yanaşı Türkiyə, Qətər və Misirin də müvafiq sənədə imza atması və əldə olunan razılaşmanın qorunması üçün birgə fəaliyyət göstərməyi öhdələrinə götürməsi sülh üçün imkanlar açır.

Bu fikirləri Newscenter.az-a politoloq Yusif Bağırzadə səsləndirib. Politoloqun sözlərinə görə, bu əslində o deməkdir ki, adı çəkilən ölkələr faktiki olaraq sülhün zəmanətçiləri qismində çıxış edirlər:

"Sənəddə qeyd olunur ki, davamlı sülh yalnız qarşılıqlı hörmət, insan hüquqlarının təminatı, təhlükəsizlik və ləyaqət prinsipləri əsasında mümkündür və buna uyğun olaraq da tərəflər həm fələstinlilərin, həm də israillilərin hüquqlarının bərabər şəkildə qorunmasını vurğulayırlar.

Davamlı və qalıcı sülh də elə məhz ancaq bu şərtlər daxilində mümkün ola bilər. İndi hər şey tərəflərin üzərlərinə götürdükləri öhdəliklərə nə dərəcədə sadiq qalacağından asılı olacaq. Uzun illərə dayanan münaqişə dövründə iki tərəf arasında ayrı-ayrı vaxtlarda sülh danışıqları və müəyyən razılşamalar əldə olunsa da, sonradan atılan addımlar və verilən qərarlar davamlı sülhün təmin olunmasını mümkünsüz edib. İndi də İsrailin bütün Qəzza ərazisini tərk edib-etməyəcəyi, HƏMAS-ın silahı yerə qoyub-qoymayacağı, Qəzzanın gələcək idarəçiliyində kimlərin yer alacağına dair fikir ayrılıqlarının necə həll olunacağına dair narahatlıqlar qalmaqda davam edir. Ona görə konkret proqnoz vermək də çətindir".

Süleyman



Başqa sözlə Qəzzada real sülhün əldə olunması üçün hələ çox iş görmək lazımdır. Amma hazırda fakt ondan ibarətdir ki, müharibənion dayandırılması ilə bağlı razılaşma var və bu Qəzzada insan ölümünə son qoyulması, humanitar böhranın aradan qaldırılması baxımından olduqca vacibdir.
Ümumiyyətlə isə bu razılaşma şübhəsiz ki, ABŞ-ın Yaxın Şərq siyasətində dönüş nöqtəsi hesab oluna bilər. Çünki ilk dəfədir ki, Qəzza məsələsində həm müsəlman, həm yəhudi, həm də Qərb dairələri eyni masa arxasında toplaşıblar və eyni mövqedən çıxış edirlər.
Xəbəri paylaş