
Son illərdə Özbəkistana səfər edən xarici turistlərin sayı 3 milyondan 10 milyona yüksəlib.
Newscenter.az uze.uz xəbər portalına istinadən bildirir ki, 2030-cu ilə qədər bu rəqəm 15 milyona çatacaq.
Məlumatda qeyd edilir ki, ölkənin hava limanlarının sayının artması xarici turistlərin səfərinin artmasına gətirib çıxarır. Bu məqsədlə regionlarda 7 beynəlxalq hava limanı müasir tələblərə uyğun yenidən qurulur.
Muynak, Kokand, Zamin, Şəhrisabz, Sarıosiyo və Sox rayonlarında yeni hava limanları tikilərək onların sayı 18-ə çatdırılıb.
Ən əsası isə sənayedə rəqabət mühitinin yaradılması sayəsində 15 yeni aviaşirkət yaranıb. Onların donanmasında olan təyyarələrin sayı 26-dan 105-ə yüksəlib.
Hazırda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Koreya, Çin, Hindistan, Malayziya, Türkiyə, Rusiya və Polşa kimi ölkələrin 51 aviaşirkəti Özbəkistana müntəzəm uçuşlar həyata keçirir.
Süleyman