
“Azərbaycanın yeni dövrün tələblərinə uyğun olaraq inkişaf və tərəqqisinin 22 ili tamam olur. Məhz 22 il əvvəl bu günkü tarixdən, Cənab İlham Əliyevin ilk dəfə president seçildiyi gündən ölkəmizin yeni inkişaf və tərəqqisinin əsası qoyuldu. 2003-cü il, oktyabrın 15-də ölkədə keçirilən president seçkilərində xalqın böyük əksəriyyətinin etimadını qazanan Cənab İlham Əliyevin sayəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi sabitlik və güclü idarəetmə modeli qorunub saxlanıldı”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, siyasi sabitliklə paralel olaraq ölkənin iqtisadi inkişafı istiqamətində də kompleks addımlar atıldı, ölkə qtisadiyyatının şaxələndirilməsi məqsədilə Regionların sosial-iqtisadi inkişafı, "Azərbaycan 2020: Gələcəyə Baxış", "Strateji Yol Xəritələri" kimi proqramlar hazırlanıb icra olundu:
“Əhalinin rifah halı yaxşılaşdırıldı, sistemli və davamlı olaraq əməkhaqları və pensiyalar artırıldı. Ötən 22 il ərzində sosial layihələr, xüsusilə şəhid ailələri və müharibə veteranları üçün geniş dəstək proqramları həyata keçirildi. Məhz həyata keçirilən uğurlu siyasət və xalqın rifah halının yaxşılaşdırılmasına hesablanmış sosialyönümlü layihələr növbəti seçkilərdə Azərbaycan vətəndaşlarının yenidən Cənab İlham Əliyevə etimad göstərməsini şərtləndirdi”.
İlham Məmmədov qeyd edib ki, Cənab İlham Əliyev 22 illik prezidentlik dövründə nəinki Azərbaycan, hətta dünya tarixinə adını qızıl hərflərlə yazdıran güclü siyasi lider, qüdrətli Ali Baş Komandan oldu:
“İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq torpaqlarını işğaldan azad etdi. Bu qələbə təkcə hərbi deyil, həm də siyasi-diplomatik zəfər kimi qiymətləndirilir. Artıq 5 ildir ki, Azərbaycan 30 ilə yaxın işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü tam bərpa edib. Artıq 5 ildir ki, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, "Böyük Qayıdış" proqramı reallaşdırılır. Azərbaycanın İkinci Qarabağ Müharibəsindən sonra regionda yaratmış olduğu yeni reallıqlar artıq dünya tərəfindən də qəbul edilir ki, bu da məhz Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət strategiyası, diplomatic gedişləri nəticəsində mümkün olub:
“Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan regionda və beynəlxalq miqyasda mühüm tərəfdaş ölkəyə çevrilib. BMT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında fəal rol oynayır. Bir sözlə, İlham Əliyevin 22 illik prezidentliyi dövründə Azərbaycan mühüm strateji uğurlar əldə edib, müstəqilliyini daha da möhkəmləndirib, iqtisadi və sosial sahələrdə dayanıqlı inkişaf xətti üzrə irəliləyib. Ən önəmlisi isə, ərazi bütövlüyünü bərpa edərək tarixinin ən böyük zəfərlərindən birinə imza adıb”.
Süleyman