
Qazaxıstanda 400-ə yaxın şüşə qapaqdan ibarət ölkə xəritəsi hazırlanıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, paytaxtdakı 55 nömrəli tam orta məktəbin şagirdləri "Təmiz Qazaxıstan. Astana təmizlik və asayiş modelidir" adlı genişmiqyaslı ekoloji aksiya çərçivəsində plastik qapaqları təkrar emal etməklə unikal ekoloji layihə həyata keçiriblər.
Onlar gündəlik həyatda lazımsız görünən əşyalara ikinci həyat verib və butulkaların qapaqlarından Qazaxıstanın həcmli xəritəsini yaradıblar.
Layihənin əsas məqsədi ətraf mühitə sevginin artırılması və təkrar emalın öyrədilməsidir.
Xəritənin yaradılmasında “Ecoworld” 5-6 sinif rəhbərləri və fəal valideynlər də iştirak ediblər.
Mehman Mehdiyev