
Tacikistanda prezident İlham Əliyevlə Rusiya dövlət başçısı V. Putin arasında baş tutan görüşdə iki ölkə arasında hərbi texniki əməkdaşlıq çərçivəsində Su-35 təyyarələrinin alışı barədə razılaşma olunduğu qeyd edilir. Azərbaycan Pakistandan daha mobil və yüksək döyüş tempinə malik qırıcılar alıb. Növbəti partiyada qırıcıların alınması gözlənilir.
Ümumiyyətlə, Rusiya -Ukrayna müharibəsi fonunda Kremlin Su-35 ciddi ehtiyacı var. Azərbaycan Rusiyadan silah idxalını kifayət qədər azaldıb. Böyük Britaniyanın Azərbaycan və Ermənistana silah embarqosunu ləğv etdikdən sonra, bu məlumat dövriyyəyə buraxılması təsadüfi deyil. Görünür, Rusiya Londonun bu qərarından narahatdır. Rusiya silah bazarını kifayət qədər itirib. Bunun yerini Qərb ölkələrinin silah şirkətləri tutur.
Azərbaycanla -Rusiya arasında geosiyasi proseslər müstəvidə kifayət qədər ziddiyyətlər var. Xüsusilə, Rusiya Cənubi Qafqazda geosiyasi nizamı qəbul etmək istəmir və prosesləri öz nəzarətinə almağa çalışır. Ona görə də Rusiya xarici işlər nazirinin müavini M. Qaluzin Azərbaycanla -Ermənistan arasında yekun sülh müqaviləsinin bağlanmasını Moskvanı təklif edib. Təbii ki, Azərbaycan buna getməyəcək.
Məhəmməd Əsədullazadə, politoloq