
Avrasiya İnkişaf Bankının məlumatına görə, 2020-2024-cü illərdə Mərkəzi Asiya vasitəsilə tranzit yüklərin həcmi 70 faiz artıb. Bu, sabit tendensiyaya çevrilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, tranzit axınının 80 faizi Qazaxıstan və Özbəkistandan keçir. Tranzit yüklərin təxminən 60 faizi dəmir yolu ilə daşınır. Bütün tranzitin 70 faizindən çoxu bir tərəfdən Çinlə digər tərəfdən Rusiya, Türkiyə, Əfqanıstan və Avropa ölkələri arasındadır.
AYİB Nəqliyyat Layihələri Rəsədxanasının məlumatına görə, 2035-ci ilə qədər Mərkəzi Asiyada nəqliyyat dəhlizlərinin inkişafına 52 milyard dollardan çox investisiya qoyulacaq.
Hesablamalara görə, 2035-ci ilə qədər regionda infrastrukturun inkişafı üçün ən azı 53 milyard dollar investisiya tələb olunacaq. Bu dəhliz regionu Körfəz və Cənubi Asiya ölkələri ilə birləşdirərək ticarət üçün yeni imkanlar açacaq.
Mehman Mehdiyev