Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda ilk dəfə beynəlxalq “Halal” akkreditasiyasına malik sertifikatlaşdırma orqanı yaradılıb

Özbəkistanda ilk dəfə beynəlxalq “Halal” akkreditasiyasına malik sertifikatlaşdırma orqanı yaradılıb


Türkiyənin Halal Akkreditasiya Qurumunun (HAA) qərarına əsasən, “Özbəkistan Elmi Sınaq və Keyfiyyətə Nəzarət Mərkəzi” Dövlət Qurumunun nəzdindəki Halal Sertifikatlaşdırma Təşkilatı (“UzTest”) Özbəkistanda Türkiyənin Halal Akkreditasiya Təşkilatı tərəfindən akkreditasiya olunmuş ilk təşkilat kimi tanınıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Texniki Tənzimləmə Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Halal Sertifikatlaşdırma Orqanı OIC/SMIIC 2:2019 – “Uyğunluğun Qiymətləndirilməsi: Halal Sertifikatlaşdırma Təmin edən Orqanlara Tələblər” beynəlxalq standartına uyğun olaraq akkreditasiya olunub.

Bu, Özbəkistanda halal standartları üzrə fəaliyyət göstərən təşkilatlar üçün yeni mərhələdir.

Qeyd edək ki, dünya bazarında halal standartlarına və sertifikatlarına tələbat ildən-ilə artır. İxrac prosesində hər bir məhsul növü üçün sertifikat tələb olunur. Onların arasında halal sertifikatı xüsusi əhəmiyyət kəsb edir.

Bu sənəd məhsulların, xüsusilə İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC) üzvü olan dövlətlərə ixracında texniki maneələrin azaldılmasına xidmət edir.

Süleyman
Xəbəri paylaş