Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşınmaz əmlaka tələbat artıb

Daşınmaz əmlaka tələbat artıb


Türkiyə daxilində ev satışlarının sayı sentyabr ayında keçən ilin eyni ayına görə artıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, ev satışlarında artım 6,9 faiz olub. Nəticədə 150 657 ev satılıb.

Sentyabr ayında 24 119 ev satışı ilə İstanbul ən çox ev satışı ilə liderdir. İstanbulu 13 417 ev satışı ilə Ankara və 8 544 ev satışı ilə İzmir izləyib.

Ev satışının ən az olduğu bölgələr isə 70 ev satışı olmaqla Ardahan, 117 ilə Bayburt və 142 ilə Tunceli olub.

Yanvar-sentyabr aylarında mənzil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz artaraq 1 milyon 128 min 727-yə çatıb.

Mehman Mehdiyev
Xəbəri paylaş