Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının rəhbərləri Özbəkistanda toplanıb

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının rəhbərləri Özbəkistanda toplanıb


Oktyabrın 16-17-də Səmərqənddə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmət Orqanları Rəhbərləri Şurasının 57-ci iclası keçirilir.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, görüşlərdə iştirak etmək üçün Özbəkistan, Ermənistan, Belarus, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Rusiya Federasiyası respublikalarının xüsusi xidmət orqanlarının rəhbərləri, habelə MDB İcraiyyə Komitəsinin və MDB iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin nümayəndələri iştirak edirlər.

Görüşdə Birlik ölkələrində təhlükəsizliyin təmin edilməsi ilə bağlı geniş spektrli məsələlər, o cümlədən beynəlxalq terrorizm və ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlığa, informasiya təhlükəsizliyinə təhdidlərə, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni beynəlxalq dövriyyəsinə, müasir təhdidlərə qarşı mübarizədə əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, Səmərqənddə həmçinin, MDB iştirakçısı olan dövlətlərin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin 21-ci iclası da keçirilir.


Süleyman
Xəbəri paylaş