
Mərkəzi Asiya ölkələri və Azərbaycanın müdafiə nazirlərinin ilk görüşü keçiriləcək.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, müdafə nazirləri Səmərqənd şəhərində bir araya gələcəklər. Görüşdə hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi, xüsusilə Türk Dövlətləri Təşkilatı (TDT) səviyyəsində hərbi sahədə əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.
Mərkəzi Asiya ölkələri və Azərbaycanın müdafiə nazirlərinin görüşü Azərbaycan və region ölkələrinin birgə qatıldığı "Birlik-2025" hərbi təlimləri çərçivəsində baş tutacaq.
Qeyd edək ki, oktyabrın 15-də Özbəkistanın Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Dairəsinin “Kattakurqan” poliqonunda Özbəkistan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Azərbaycan Müdafiə nazirliklərinin bölmələrinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb.
Süleyman