
Oktyabrın 12-19-u tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “İnklüziv təhsil və STEAM texnologiyaları: Beynəlxalq təcrübə və qabaqcıl təhsil modelləri” mövzusunda beynəlxalq təkmilləşdirmə kursları keçirilir.
Newscenter.az xəbər verir ki, təkmilləşdirmə proqramında Qaraqalpaqıstan Respublikasının Pedaqoji Bacarıqlar Mərkəzinin professor və müəllimləri - Bayram Utemuratov, Gülmari Smaylova, İxtiyor Utepov və Tumaris Aymuhammedova iştirak edirlər.
Beynəlxalq təlim seminarı çərçivəsində iştirakçılara təhsil sahəsində qabaqcıl beynəlxalq təcrübələr, innovativ yanaşmalar və müasir STEAM texnologiyalarının tədris prosesinə inteqrasiyası ilə bağlı nəzəri və praktiki biliklər verilir. Bununla yanaşı, inklüziv təhsilin məzmunu və mahiyyəti, onun səmərəli təşkili mexanizmləri, xarici ölkələrin təcrübəsində istifadə olunan mütərəqqi metodlar barədə ətraflı təlimlər keçirilir. Dərslər rəqəmsal alətlərdən istifadə və inklüziv təhsil haqqında dərin biliklər verir. Xüsusilə, son sessiyalarda STEAM yanaşması, layihə əsaslı təhsil və inklüziv mühitdə təhsilin keyfiyyətinin yüksəldilməsi müzakirə olunub.
Proqram zamanı innovativ tədris metodları, rəqəmsal texnologiyalardan istifadə, inklüziv mühitdə dərslərin səmərəli təşkili ilə bağlı praktik məşğələlər keçirilib. Həmçinin Quba şəhərindəki Soyqırımı Memorial Kompleksində “Gənc nəslin tərbiyəsində muzey və qoruqların rolu” mövzusunda təlim və ting əkmə aksiyası təşkil olunub.
Mehman Mehdiyev