Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pakistanda yük maşını dərəyə düşüb: 15 nəfər ölüb

Pakistanda yük maşını dərəyə düşüb: 15 nəfər ölüb


Pakistanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, Svat şəhərində yük maşınının uçurumdan aşması nəticəsində 15 nəfər ölüb, 8 nəfər yaralanıb.

Məlumata görə, Svat şossesi ilə hərəkət edən yük maşını məlum olmayan səbəblərdən yoldan çıxaraq uçurumdan aşıb.

Təcili yardım qrupları qəza nəticəsində əksəriyyəti uşaq olan 15 nəfərin öldüyünü, 8 nəfərin yaralandığını bildirib.

Tibb müəssisələrinə çatdırılan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğunu bildiriblər.

Mehman Mehdiyev
Xəbəri paylaş