Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qazprom” yeni texnologiyalar hazırlayır

“Qazprom” yeni texnologiyalar hazırlayır


“Qazprom Neft” Achimov və Tümen birləşmələrində daha dərin laylara çıxış üçün texnologiyalar hazırlamaq niyyətindədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu “Qazprom Neft”in baş direktoru Aleksandr Dyukov deyib.

"Bu gün biz Energetika Nazirliyi ilə qazma və hasilat texnologiyalarının inkişafı ilə bağlı müqavilə imzaladıq. Bu texnologiyalar çətin çıxarılan ehtiyatların yeni kateqoriyalarının işlənməsi, o cümlədən Achimov və Tümen laylarının gələcək inkişafı üçün lazımdır", -deyə Dyukov bildirib.

Onun sözlərinə görə, burada söhbət daha böyük dərinliklərdən və daha mürəkkəb geoloji şəraitdən gedir.

Mehman Mehdiyev
Xəbəri paylaş