
Birləşmiş Ştatlar prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin araasında telefon danışığı olub.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri məlumat verib.
"Hazırda mən prezident Putinlə danışıram. Bu, uzun söhbətdir və yekunlaşdıqdan sonra prezident Putin kimi mən də hesabat verəcəyəm", - deyə ABŞ lideri TruthSocial sosial şəbəkəsində yazıb.
Cümə günü Tramp Ağ Evdə Vladimir Zelenskini qəbul etməyi planlaşdırır. Amerika lideri daha əvvəl bəyan etmişdi ki, Zelenski oktyabrın 17-də Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin çatdırılmasını tələb edəcək. Oktyabrın 12-də ABŞ prezidenti bildirib ki, bu raketlərin Kiyevə ötürülməsi ilə bağlı yekun qərar qəbul etməzdən əvvəl, bu məsələni Rusiya prezidenti ilə müzakirə edəcək. Oktyabrın 6-da Amerika lideri “Tomaqavk” raketlərinin Ukraynaya ötürülməsi mümkünlüyü ilə bağlı faktiki qərar qəbul etdiyini açıqlasa da, bu barədə ətraflı məlumat verməyib.
Rusiya prezidenti qeyd edib ki, Amerika hərbçilərinin birbaşa iştirakı olmadan “Tomaqavk” raketlərindən istifadə mümkün deyil və bu, Rusiya ilə ABŞ arasında münasibətlər də daxil olmaqla, eskalasiyanın tamamilə keyfiyyətcə yeni mərhələsini olacaq.
Prezidentin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, “Tomaqavk” raketləri Kiyevə tədarük edilərsə, Moskvadan müvafiq cavab tələb olunacaq.
Mehman Mehdiyev