Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə son 55 ilin ən isti yayını yaşadı

Türkiyə son 55 ilin ən isti yayını yaşadı


Türkiyə son 55 ilin ikinci ən isti yayını yaşayıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Meteorologiya Ümumi Müdirliyindən toplanan məlumatlara görə, Türkiyədə uzun illərdir orta yay temperaturu 24 dərəcə olduğu halda, bu yay orta temperatur 1,5 dərəcə artaraq 25,5 dərəcəyə çatıb. Nəticədə istilik mövsüm ortalamalarının üzərində olub.

Kocaeli, Gökçeada, Çanaqqala, Bursa, Biləcik, Florya, Geyve, Burdur, Isparta, Beyşehir, Fethiye, Senirkent, Dinar, Eğirdir, Tefenni, Kozan, Elmalıle, İsem, Kozan, Çanaqqala, İsem, Trakya və Ege Bölgəsinin demək olar ki, hamısında bu il orta yay temperaturu mövsüm normalarını keçib.

Ölkənin digər ərazilərində orta yay temperaturu təqribən mövsümi normalar daxilində qeydə alınıb.

Ən yüksək temperatur Şırnakın Silopi şəhərində olub.
.
İyun, iyul və avqust aylarını əhatə edən ekstremal yay temperaturlarında ən aşağı temperatur Ərzurumda 0,2 dərəcə şaxta, ən yüksək temperatur isə Şırnakın Silopi rayonunda 50,5 dərəcə qeydə alınıb.

Son 55 ilin (1971-2025-ci illər) ən isti yayı 26,1 dərəcə Selsi ilə 2024-cü ildə baş vermişdisə, builki yay 25,5 dərəcə Selsi ilə son 55 ilin ikinci ən isti yayı oldu.

Mehman Mehdiyev
Xəbəri paylaş