Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyəcək

ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyəcək


Birləşmiş Ştatlar prezidenti Donald Tramp ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməli olmayacağını etiraf edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Ağ Ev rəhbəri bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra deyib. O, Putinlə söhbətini yüksək qiymətləndirib.

O, Konqresin Rusiyaya qarşı sanksiyaları sərtləşdirən qanun layihəsini qəbul etmə ehtimalına toxunaraq, "Mən heç nəyə qarşı deyiləm. Sadəcə deyirəm ki, bəlkə də bu doğru zaman deyil",-deyə bildirib.

Senat çoxluğunun lideri Con Tunun bu qanun layihəsinin qəbulu istiqamətində işləməyin vaxtının çatdığı ilə bağlı açıqlamalarını şərh edən Tramp vurğulayıb:

"Görəcəyik. Onun Putinlə söhbətdən hələ xəbəri yoxdur. Mən onunla sonra danışacağam. Biz sülhə nail olmaq istəyirik”.

Mehman Mehdiyev
Xəbəri paylaş