Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Komissiyası Rusiya vəsaitləri hesabına Ukraynaya 25 milyard avro ayıracaq

Avropa Komissiyası Rusiya vəsaitləri hesabına Ukraynaya 25 milyard avro ayıracaq


Avropa Komissiyası (AK) Rusiyanın şəxsi hesablarındakı dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya əlavə 25 milyard avro “təzminat krediti” ayırmağın yollarını araşdırır.

Newscenter.az xəbər verir ki, bu barədə Politico nəşri yazıb.

Nəşrin əldə etdiyi sənədə görə, Brüssel sentyabrda Kiyevə köçürəcəyinə söz verdiyi 140 milyard avronu Rusiya fondlarından artırmağa ümid edir. AK isə ilin sonuna kimi Rusiyanın aktivlərini müsadirə etməyi gözləyir.

Aİ-nin maliyyə nazirlərinin noyabrda keçiriləcək iclasda AK-nin təklifini müzakirə edəcəkləri gözlənilir. Qəzet qeyd edir ki, onlar Ukraynaya kredit verməyə razılaşsalar, bu vəsait Ukrayna müdafiə sektorunun texnoloji və sənaye bazasının inkişafı və onun Avropa hərbi sənaye kompleksinə inteqrasiyası üçün istifadə olunacaq.

Rusiya prezidenti Vladimir Putin əvvəllər bəyan etmişdi ki, Qərb Rusiyanın dondurulmuş ehtiyatlarını oğurlayarsa, qlobal maliyyə və iqtisadi nizam məhv olacaq və iqtisadi separatizm daha da güclənəcək.

Anar Əliyev
Xəbəri paylaş