
Gəncə şəhərində “Gəncənin mədəni irsi gənclərin gözü ilə” mövzusunda forum tipli tədbir keçirilib.
Newscenter.az xəbər verir ki, 180 nəfər iştirakçının qatıldığı tədbirdə gənclərin mədəni irsimizin qorunmasında rolundan danışılıb, onların bu sahədə aktivliyinin artırılması məqsədilə görülməsi vacib olan işlərə nəzər salınıb.

Qeyd edək ki, tədbir Gəncə şəhər Heydər Əliyev Mərkəzinin, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının və Gəncə Gənclər Evinin dəstəyi ilə baş tutub. Bu, Gəncədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən növbəti tədbirlərdən biridir.

Süleyman