Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İdmanın inkişafı müzakirə edilib

İdmanın inkişafı müzakirə edilib


İsmayıllı Rayon İcra Hakimiyyətində təhsil alanların və gənclərin asudə vaxtlarının səmərəli təşkili və müxtəlif idman sahələrinin inkişaf etdirilməsi məqsədilə geniş iclas keçirilib. İclasda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nəsimi Teymurov, yerli təhsil və idman qurumlarının nümayəndələri iştirak ediblər.

Newscenter.az xəbər verir ki, tədbirdə rayonda idmanın mövcud vəziyyəti ətraflı təhlil olunub, qarşıda duran vəzifələr və imkanlar müzakirə edilib. Bildirilib ki, gənclərin sağlam həyat tərzinə yönləndirilməsi, fiziki hazırlıqlarının artırılması və idmana marağın yüksəldilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var.

İclas zamanı şahmat, həndbol, basketbol, futbol,gimnastika, tennis və atletika və s. kimi idman növləri üzrə rayon miqyasında turnirlərin təşkili planlaşdırılıb. Bu turnirlərdə fəallıq göstərən, yüksək nəticə əldə edənləri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması, fərqlənən iştirakçıların motivasiya edilməsi nəzərdə tutulub.
Eyni zamanda, yeni idman infrastrukturunun yaradılması, mövcud idman bazalarının təkmilləşdirilməsi, eləcə də məşqçi və müəllim heyətinin peşəkarlığının artırılması ilə bağlı təkliflər də gündəmə gətirilib. Görüləcək işlər çərçivəsində digər idman növlərinin – o cümlədən, cüdo, güləş, üzgüçülük və velosiped və s. idmanının da rayonda inkişafı diqqət mərkəzində saxlanılacaq.

İclasın sonunda vurğulanıb ki, idman yalnız sağlamlıq deyil, həm də intizam, liderlik, komanda ruhu kimi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan, gənc nəslin idmana yönəldilməsi strateji prioritetlərdən biri kimi dəyərləndirilməlidir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş