Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamçatkada vulkan xəbərdarlığı edilib

Kamçatkada vulkan xəbərdarlığı edilib


Kamçatka Klyuçevskoy vulkanına yaxınlaşmaq təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin regional bölməsinin məlumatına görə, Kamçatkadakı xilasedicilər insanlara aktivliyi ilə əlaqədar Klyuçevskoy vulkanından qaçmağı tövsiyə edir.

"Kamçatka vulkan püskürməsinə qarşı mübarizə qrupunun (KVERT) alimlərinin fikrincə, Klyuçevskoyda bəzən kül olan buxar və qaz aktivliyi davam edir. Həmçinin, Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti Federal Tədqiqat Mərkəzinin Kamçatka bölməsinin məlumatına görə, vulkanın fəaliyyəti zirvəyə çatmaq üzrədir.

Külün dəniz səviyyəsindən səkkiz kilometrə qədər hündürlüyə çatması ehtimalı var. Hazırda Klyuçevskoy aviasiya üçün narıncı təhlükə kodu təyin edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş